Serj Sarkisyanın ölkədən çıxışına məhdudiyyət qoyuldu
Korrupsiyaya qarşı Mübarizə Komitəsi Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın ölkədən çıxışına məhdudiyyət qoyub. Bu barədə məlumatı onun vəkili Amram Makinyan şəxsi sosial şəbəkə hesabında yayıb.
Vəkilin sözlərinə görə, məhdudiyyət 2019-cu ildə baş vermiş və hazırda istintaq materiallarında ayrıca epizod kimi araşdırılan işlə bağlı tətbiq edilib.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən epizod mərhum iş adamı Mixail Bağdasarovun ifadələri ilə əlaqələndirilir. Bildirilir ki, həmin ifadələrində Bağdasarov keçmiş prezidentin adı ilə bağlı müəyyən maliyyə və ya təsir mexanizmləri haqqında danışıb.
Onun ölümü səbəbindən epizodun tam araşdırılması müəyyən çətinliklər yaratsa da, istintaq orqanları faktların yenidən qiymətləndirilməsi üzərində işləməkdə davam edir.
Türkanə Məşədiyeva
17:45 06.11.2025
Oxunuş sayı: 1825