Hindistan və Ermənistan 4 milyard dollarlıq müdafiə sazişlərinə yaxındır
Hindistan və Ermənistan ümumi dəyəri 4 milyard dollara qədər olan bir sıra müdafiə sazişlərinin imzalanmasına yaxındır.
Crossmedia.az “Republic Network”-a istinadən xəbər verir ki, əməkdaşlıq hava hücumundan müdafiə sistemlərinin, raket komplekslərinin və artilleriya sistemlərinin modernləşdirilməsini əhatə edəcək.
Nəşrin iddiasına əsasən, tərəflər “Akash-NG” zenit-raket sistemlərinin inteqrasiyasını və Ermənistan ərazisində “BrahMos” səsdən sürətli raketlərinin yığılması üzrə istehsal xəttinin yaradılmasını müzakirə edirlər. Bundan əlavə, “Pinaka” reaktiv yaylım atəşi sistemlərinin tədarükü ilə bağlı da danışıqlar aparılır.
Sevinc Yarməmmədova
17:19 06.11.2025
Oxunuş sayı: 1621