Lukaşenko ukraynalıları Belarusa köçməyə dəvət etdi
Belarus Prezidenti Aleksandr Lukaşenko Pripyat çayı üzərində yenidən qurulmuş körpünün açılışı zamanı çıxışı ilə Ukrayna vətəndaşlarına müraciət edib. O bildirib ki, Belarus ukraynalılara qapılarını açıq saxlayır və onları ölkəyə gəlməyə dəvət edir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Lukaşenko müharibədən təsirlənən ukraynalıları qəbul etməyə hazırdır:
“Buyurun gəlin, ukraynalılar. Biz sizi məmnuniyyətlə qarşılayarıq. Ailələriniz, uşaqlarınız Belarus vətəndaşları kimi təhsil, səhiyyə və sosial təminat sahələrində eyni imkanlara sahib olacaqlar”.
Onun sözlərinə görə, Belarus tərəfi humanitar dəstəyi önə çəkir və münaqişə fonunda əhalinin təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayır.
Türkanə Məşədiyeva
15:48 06.11.2025
Oxunuş sayı: 1383