Polşa Prezidenti Ukraynanı nankorluqda ittiham edib
Polşa Prezidenti Karol Navroski Ukraynaya göstərilən yardım və dəstəyə baxmayaraq, rəsmi Kiyevi Polşaya qarşı nankorluqda ittiham edib.
Crossmedia.az xəbər verir ki, bu barədə dövlət başçısı özü məlumat verib.
Dövlət başçısı bildirib ki, Rusiya Federasiyasının Ukraynaya hücumundan sonra Varşavanın açıq şəkildə Ukraynanı dəstəkləməsi, Polşanın maraqlarının müdafiəsi tələbini aradan qaldırmır.
Onun sözlərinə görə, Polşa xalqına qarşı təşəkkürsüzlük, Volında aparılmayan ekshumasiya işləri və ölkəni bürüyən kənd təsərrüfatı böhranı hələ də vacib məsələlər olaraq qalır.
Fidan Quliyeva
14:52 06.11.2025
Oxunuş sayı: 1216