İsrail Misirlə sərhəddə təhlükəsizlik tədbirlərini sərtləşdirir
İsrailin müdafiə naziri İsrail Kats ölkənin Misirlə olan cənub sərhədində nəzarətin gücləndirilməsi ilə bağlı TSAXAL-a (İsrail Ordusu) göstəriş verib.
Bu barədə Crossmedia.az CursorInfo-nun verdiyi məlumata istinadən xəbər verir.
Yeni strategiyaya əsasən, sərhəd ətrafındakı ərazi qapalı hərbi zona elan olunacaq və atəş açma qaydaları yenidən nəzərdən keçiriləcək. ŞABAK-ın rəhbəri David Zini ilə razılaşmaya uyğun olaraq, dronlar vasitəsilə sərhəddən silah keçirmək cəhdləri birbaşa terror təhlükəsi kimi qiymətləndiriləcək.
Nazir Kats İsrailin mövqeyinin qəti olduğunu bildirib:
“Biz müharibə elan edirik — qadağan olunmuş əraziyə daxil olan hər kəs məhv ediləcək.”
Görülən yeni tədbirlər sərhəddə kontrabandanın qarşısını almaq və təhlükəsizliyi maksimum səviyyədə təmin etmək məqsədi daşıyır.
Mehriban İbrahimli
14:40 06.11.2025
Oxunuş sayı: 1678