Ukrayna PUA-ları Kostrama vilayətində enerji infrastrukturu obyektini vurub
Ukraynanın pilotsuz uçuş aparatları (PUA) Rusiya Federasiyasının Kostroma vilayətinin Volqoreçensk şəhərində yerləşən enerji infrastruktur obyektinə hücum edib.
Bu barədə Crossmedia.az vilayətin qubernatoru Sergey Sitnikovun Telegram kanalında paylaşdığı məlumata istinadən xəbər verir.
Onun sözlərinə görə, gecə saatlarında şəhər sakinləri hava hücumundan müdafiə sisteminin işə düşməsi nəticəsində bir neçə partlayış səsi eşidiblər. Hadisə yerində operativ xidmətlər cəlb olunub və zərər dəymiş enerji obyektində bərpa işləri aparılır.
Qubernator bildirib ki, elektrotəchizat pozulmayıb, bütün sistemlər normal rejimdə fəaliyyət göstərir və xəsarət alan yoxdur. O, həmçinin sakinləri xəbərdar edərək, vurulmuş PUA qalıqlarının partlayıcı maddə ehtiva edə biləcəyini və onlara yaxınlaşmağın qadağan olduğunu qeyd edib.
Ukrayna KİV-lərinin məlumatına görə, hücum Kostrama GRES-ə yönəlib. Bu elektrik stansiyası Rusiyanın ən iri istilik elektrik stansiyalarından biri hesab olunur.
Mehriban İbrahimli
14:23 06.11.2025
Oxunuş sayı: 1377