Makron son 50 ilin ən zəif Fransa prezidentidir - Müşavirdən sərt açıqlama
Fransanın sabiq prezidenti Nikola Sarkozinin keçmiş iqtisadi müşaviri Alen Mink hazırkı dövlət başçısı Emmanuel Makronu son yarım əsrdə “ən pis prezident” adlandırıb.
Bu barədə Crossmedia.az Politico-ya istinadən xəbər verir. Mink bildirib ki, Makron ölkəni öz hakimiyyətinə aldığından daha pis vəziyyətdə qoyub: “Makron Fransada siyasi mənzərəni elə bir hala gətirib ki, bu vəziyyət bəlkə də uzun müddət sabitləşməyəcək. Bu, bağışlanmazdır”.
Onun sözlərinə görə, Makronun narsissizmi onu elə qərarlar qəbul etməyə sövq edib ki, həmin qərarlar Fransa institutlarını təhlükə altına qoyub və 2027-ci il seçkiləri ərəfəsində sağçı ideyaların yüksəlişinə səbəb olub. Mink hesab edir ki, Makron özünü “bütün problemləri həll etməyə qadir olan ən ağıllı və ən hiyləgər şəxs” kimi görür, halbuki vəziyyətin özündə onun problem mənbəyi olduğunu anlamır. Onun fikrincə, Fransadakı siyasi böhranın aradan qaldırılması üçün Makron istefa verməlidir.
Alen Mink 2017-ci il seçkiləri zamanı Makronun qərargahında müşavir kimi çalışıb. Lakin sonradan münasibətləri pisləşib, çünki Mink Makronun “bir sıra ciddi səhvlərə yol verdiyini” və özünü “son dərəcə zəif və qeyri-peşəkar komanda ilə əhatə etdiyini” hesab edir.
Türkanə Məşədiyeva
14:06 06.11.2025
Oxunuş sayı: 1613