İslamabadda mərkəzi binada Zəfər Günü münasibətilə Azərbaycan bayrağı proyeksiya olunub
Pakistanın paytaxtı İslamabadın mərkəzi hissələrində 8 Noyabr - Azərbaycanın Zəfər Günü münasibətilə müxtəlif şüarlar yerləşdirilib.
Azərbaycanın Pakistandakı səfirliyindən Crossmedia.az-a verilən məlumata görə, mərkəzi binalardan birinin üzərinə Azərbaycanın dövlət bayrağı proyeksiya olunub.
Binanın üzərində həmçinin "Azərbaycan Respublikasının Zəfər Günü" şüarı yazılıb.
22:26 05.11.2025
Oxunuş sayı: 1264