Türkiyəli miqrant Almaniyada şeir çempionu oldu
26 yaşlı türkiyəli Ayşe İrem Almaniyanın Chemnitz şəhərində keçirilən Almandilli Poetry Slam çempionatının qalibi olub. O, yarış tarixində bu ada layiq görülən ilk müsəlman və ilk miqrant qadın kimi tarixə düşüb. Bundan əvvəl yarışın 29 illik tarixində yalnız iki qadın çempion olmuşdu.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Ayşe İrem ixtisasca memardır. O, səhnədə oxuduğu mətnlərində Almaniyada böyüyən miqrantların yaşadığı bütünlük, kimlik axtarışı və məişətçilik səviyyəsində irqçilik kimi mövzuları qabardır. Şeirlərində o, məktəbdə tənəffüslərdə ona türkcə danışmağın qadağan edilməsini, HANAU terror aktını, həmçinin “adımıza görə mənzil və iş tapa bilmədiyimiz günləri” xatırlayır.
İrem bildirib ki, Almaniyada sərbəst alman dilində danışmasına baxmayaraq, baş örtüyünə görə tez-tez öncədən formalaşmış münasibətlə üzləşir:
"Dil bilmək bəzən yetərli olmur. Çünki hələ də mənim kim olduğumu tək bir detala baxaraq müəyyən etməyə çalışırlar”.
Yarışda ikinci yeri Bavariyadan olan Yulius Altetmar, üçüncü yeri isə Avstriyalı Lia Hartl tutub. Komanda kateqoriyasında isə ardıcıl üçüncü dəfə Berlinli duo Wortwin & Slamson qalib gəlib.
Poetry Slam — müəlliflərin rekvizitsiz, yalnız söz, səs və bədən dili ilə performans etdiyi müasir poetik səhnə formatıdır. Bu il keçirilən turnirdə Almaniya, Avstriya, İsveçrə, Belçika, İtaliya, Lixtenşteyn və Lüksemburqdan iştirakçılar qatılıb.
Mehriban İbrahimli
03:20 06.11.2025
Oxunuş sayı: 1423