Radev “Lukoyl”la bağlı qanuna veto qoydu
Bolqarıstan Prezidenti Rumen Radev parlamentin “Lukoyl” şirkətinin aktivlərinin mümkün satışı ilə bağlı qəbul etdiyi qanun layihəsinə veto qoyub.Crossmedia.az xəbər verir ki, bu barədə “24 chasa” nəşri məlumat yayıb.
Məlumata görə, 24 oktyabrda parlament tərəfindən qəbul edilən düzəlişlərə əsasən, “Lukoyl”a məxsus dörd şirkətin daşınmaz və bəzi daşınar əmlaklarının, eləcə də korporativ hüquqlarının satışı yalnız hökumətin qərarı ilə həyata keçirilə bilərdi. Bunun üçün Nazirlər Kabineti Dövlət Milli Təhlükəsizlik Agentliyinin (DMT) müsbət rəyi əsasında hərəkət etməli idi.
Radev bildirib ki, qəbul edilən qanun hökuməti DMT-dən funksional asılı vəziyyətə salır ki, bu da konstitusiyaya ziddir. Prezident sənədi yenidən parlament müzakirəsinə qaytarıb.
Türkan Kərimli
19:07 05.11.2025
Oxunuş sayı: 1798