ABŞ-da yük təyyarəsinin qəzaya uğraması nəticəsində 7 nəfər həlak oldu
McDonnell Douglas MD-11 tipli yük təyyarəsi ABŞ-ın Kentukki ştatında, Luisvill şəhərində yerləşən Məhəmməd Əli adına Beynəlxalq Hava Limanından havaya qalxarkən qəzaya uğrayıb.
Bu barədə Crossmedia.az ABC telekanalının yaydığı məlumata istinadən xəbər verir.
Qəzanın UPS logistika şirkətinə məxsus təyyarə ilə baş verdiyi bildirilir. Kentukki ştatının qubernatoru Endi Beşir açıqlayıb ki, hadisə nəticəsində ən azı yeddi nəfər həlak olub.
“Hazırda təsdiqlənmiş ölənlərin sayı yeddidir. Bu rəqəmin artması istisna deyil”, – qubernator sosial şəbəkə hesabında qeyd edib.
Qəza səbəbləri araşdırılır. Hadisə yerinə xilasedicilər və müvafiq fövqəladə xidmətlər cəlb olunub.
Mehriban İbrahimli
18:06 05.11.2025
Oxunuş sayı: 1455