Mirzoyan: Moskva və Tehran Amerikanın TRIPP-də iştirakına qarşı çıxmayıb
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, İrəvanda keçirilən “Orbeli: Sülh və çoxtərəfli əməkdaşlığın qurulması” Forumunda bildirib ki, Moskva və Tehran, ABŞ-nin "Tramp marşrutu" (TRIPP) layihəsində iştirakına qarşı heç bir açıqlama verməyiblər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Mirzoyan qeyd edib ki, hazırda ABŞ, Argentina və Çin şirkətləri Ermənistanda fəaliyyət göstərir. Nazir, TRIPP layihəsinin "siyasi diqqət cəlb edən və sülhün təminatçılarından biri" olduğunu vurğulayıb və əlavə edib ki, Moskva və Tehran bu layihə ilə bağlı hər hansı narahatlıq bildirməyiblər.
Ermənistan XİN rəhbərinin sözlərinə görə, TRIPP layihəsi ilə bağlı ABŞ ilə danışıqlar aparılır və suverenlik və səlahiyyət məsələləri artıq həll olunub, imzalanmış və dərc olunmuş sənədlərdə öz əksini tapıb.
17:45 05.11.2025
Oxunuş sayı: 1226