Azərbaycanın imkanları artdıqca elmə ayrılan vəsait daha da artdı - Deputat
Bir neçə gün əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş mərasim keçirildi. Tədbirdə Prezident İlham Əliyev çıxışı zamanı elmin inkişafının ölkənin əsas prioritetlərindən biri olduğunu bildirib. O, AMEA-nın elmi potensialın gücləndirilməsində böyük rol oynadığını vurğulayıb və gələcəkdə innovativ tədqiqatların dəstəklənəcəyini qeyd edib. AMEA-nın beynəlxalq elmi məkanla əməkdaşlığının gücləndirilməsi ölkəmizin qlobal elmi proseslərdə daha fəal iştirakına şərait yaradacaq. Həmçinin, elmin sənaye ilə əlaqələrinin genişlənməsi iqtisadiyyatın innovativ inkişafına mühüm töhfə verə bilər. Alimlərin əməyinin qiymətləndirilməsi isə elmi mühitdə rəqabəti və keyfiyyəti artıracaq.
Mövzu ilə bağlı Milli Məclisin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov Crossmedia.az-a açıqlama verib: “Azərbaycan elminin inkişafında Milli Elmlər Akademiyasının böyük rolu var və bu qurum hər zaman dövlətin diqqət mərkəzində olub. Prezident İlham Əliyev Milli Elmlər Akademiyasının 80 illiyi münasibəti ilə keçirilən tədbirdə çox böyük, vacib məqamlara toxundu və Azərbaycan elminin inkişafında Milli Elmlər Akademiyasının böyük bir rol oynadığını xüsusi ilə qeyd etdi. Heydər Əliyevin bilavasitə diqqət və qayğısı ilə AMEA-nın daha inkişaf etdiyini və elmi potensialının gücləndiyini bir daha göstərdi. Heydər Əliyev hər zaman Azərbaycan alimlərini dəstəkləmək üçün öz səylərini əsirgəmirdi. İlham Əliyev 1993-cü ildə dövlətin imkanlarının məhdud olmasına baxmayaraq AMEA-ya vəsait ayırılmağa davam etdiyini qeyd etdi. Sonrakı illərdə Azərbaycanın imkanları artıqca bu sahəyə ayrılan vəsait daha da artdı və inkişaf etdi. Heydər Əliyevin elm və təhsil sahəsində atdığı addımlardan ən əsası 15 may 2001-ci il tarixli fərmanıdır. Həmin fərmanla “Elmlər Akademiyası”na “Milli Elmlər Akademiyası” adı verilmiş və bununla da akademiyanın elmimizin inkişafındakı rolu və nailiyyətləri rəsmən təsdiqlənmişdi. Bu gün iftixar hissi ilə qeyd edə bilərik ki, Heydər Əliyevin siyasəti, banisi olduğu milli dövlətçilik strategiyası onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin bundan sonra da davam etməsi Azərbaycan dövlətinin tərəqqisi üçün ən böyük təminatdır. Eyni zamanda Cənab Prezident çıxışı zamanı AMEA-da görülən işlərə toxundu. Böyük kitabxananın yaradıldığını, milli ensiklopediya üçün yeni bina inşa olunduğunu, elmi tədqiqat institutlarının təmiri və avadanlıqlarla təhciz ediliyini, elm fondunun yaradıldığını, eyni zamanda inkişaf strategiyası elm haqqında qanun və dövlət proqramı qəbul edildiyini xüsusi vurğuladı. Bu gündə bu istiqamətdə işlərin davam etdiyini qeyd etdi. Cənab Prezident eyni zamanda intellektual potensialın artırılması ilə bağlı məqamlara toxundu. Rəqəmsallaşma və kibertəlükəsizlik sahəsində görülən işlərdən bəhs etdi. Azərbaycan alimlərinin də bu prosəsə tövhə verməsinin vacibliyini vurğuladı”.
C.Məmmədov bildirib ki, Prezident eyni zamanda Azərbaycanda - Şərqi Zəngəzurda görülən işlərdən də danışıb: “Azərbaycanlıların Ermənistana qayıtması ilə bağlı vacib məqamlara toxundu. Xüsusən qeyd etdi ki, bu sahədə alimlərimiz də ciddi çalışmalıdır. Çıxışdakı bir digər vacib məqam Sevan gölü ilə bağlı məqam idi. Prezident Sevan gölünün xəritələrdə olmadığını qeyd etdi. Göyçə gölünün ermənilər tərəfindən dəyişdirilərək guya ki, Sevan gölü olduğu uydurma fikirlərindən biri olduğunu vurğuladı”.
Deputat vurğulayıb ki, Prezidentin mesajları arasında vacib məqamlardan biri isə Azərbaycan dilinin saflığının qorunması və bu sahədə alimlərin üzərinə düşən öhdəliklərdən də bəhs etdi: "Bizim dilimizi qorumalı olduğumuzu, onun saflığına əməl edilməli olduğunu vurğuladı. Elmi əsərlər hazırlanmalıdır ki, gənclərimiz öz tariximizlə yaxından tanış olsunlar. Ölkəmizin tarixi ilə bağlı elmi əsərlərə böyük ehtiyacımızın olduğunu cənab Prezident xüsusilə vurğuladı. Cənab Prezident Azərbaycanın hərbi v.s uğurlarından bəhs etdi. Bu müharibədə Azərbaycan ilk dəfə pilotsuz uçuş aparatlarını müharibədə istifadə edən bir ölkə kimi tarixdə qaldı. Bu gündə bu istiqamətdə işlər görülür. Azərbaycanın texnoloji inkişafları günü-gündən artır. Azərbaycan bu gün xaricə hərbi təyinatlı məhsullar ixrac edir və bu da çox vacib önəmli bir məsələdir. Prezident İlham Əliyev Azərbaycanın iqtisadi gücünə də diqqət çəkdi. Azərbaycanın bu sahədə geniş imkanlarının olduğunu bildirdi. Bu arada Azərbaycan xalqına yaxın günlərdə mesajlar verəcəyini xüsusilə qeyd edərək bu istiqamətdə atılan addımlarda və görülən işlərdən bəhs etdi".
Ülvi Zahidov
16:15 05.11.2025
Oxunuş sayı: 1577