Şoyqu: Cənubi Qafqazda sabitlik Rusiyanın sayəsində bərpa olunub
Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu yenidən Moskvanın Cənubi Qafqazda “sabitliyin bərpası”nda mühüm rol oynadığını iddia edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Onun sözlərinə görə, “regiondakı vəziyyət xeyli sabitləşib” və bu prosesdə “Rusiyanın böyük payı” var.
Şoyqu həmçinin bildirib ki, bəzilərində elə təəssürat yarana bilər ki, “sanki səkkiz və ya doqquz münaqişəni yalnız ABŞ həll edib”.
Nazirin bu açıqlaması Rusiya tərəfinin Cənubi Qafqazdakı rolunu önə çəkməyə çalışdığı bir vaxtda səslənib.
Xumar Emilqızı
16:13 05.11.2025
Oxunuş sayı: 1579