Nyu-Yorkun ilk müsəlman meri seçilib
Zöhran Mamdani 50.4% səslə Nyu-Yorkun meri seçildi.
O Nyu-York tarixinin ilk müsəlman, şiə və sosialist lideri kimi tarixə keçdi.
Crossmedia.az xəbər verir ki, demokratlar Trampın hakimiyyətə gəlməsindən sonra ilk dəfə önəmli qələbə qazanıblar. Onlar Nyu-Yorkdan sonra Nyu-Cersi və Virciniya ştatlarında da qubernatorluq seçkilərində qalib gəliblər.
Nyu-York mavi ştat(Demokratlara səs verən) olsa da, Nyu-Cersi və Virciniya ,əsasən, bənövşəyi(yelləncək səsi əvvəlcədən məlum olmayan) açar ştatlardır.Nyu-Yorkun yeni meri Zöhran Mamdanin ailəsi:
Atası-Uqandadan miqrasiya etmiş Hindistan əsilli Kolumbiya universitetinin professoru, siyasi şərhçi müsəlman analitik Mahmud Mamdani
Anası-Hindistanın məşhur rejissoru, prodüseri, Kann kino festivalının qalibi olmuş Salam Bombay filminin müəllifi Mira Nair-anası hindudur.
Xanımı Suriya əsilli Rama Duwaji:
"Mən müsəlmanam, mən sosialistəm, mən Afrikadan immiqrasiya etmiş bir amerikalıyam. Bunların heç birinə görə heç kimdən üzr istəmək niyyətində deyiləm. Çünki bütün bu kimliklərlə fəxr edirəm və mənim müslümanlığım Nyu-Yorka və Amerikaya xidmət edəcək. Ondan heç kimə zərər gəlməz. Buradan Trampa səslənirəm tabloya bax səslər yalnız yuxarı gedir. Tabloya bax onlar sənin yerinə danışacaq".
Nyu-Yorkun yeni meri Zöhran Mamdani Virciniyada vitse–qubernator vəzifəsinə seçkidə Hindistanın Heydərabad şəhərində doğulmuş Qəzale Haşmi respublikaçı kişi rəqibini məğlub edib.
Beləliklə, Q.Haşmi ABŞ-da ştat səviyyəsindəki seçkilərdə qalib gələn ilk müsəlman qadın olub.
16:07 05.11.2025
Oxunuş sayı: 1662