Türkiyə "Gazprom"-la danışıqlar aparır
Türkiyə və Rusiyanın “Gazprom” şirkəti müqavilənin uzadılması barədə danışıqlar aparır.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya qaz nəhəngi “Gazprom” ilə Türkiyənin dövlət şirkəti Botaş arasında illik 21,75 milyard kubmetr həcmində qaz tədarükünə aid müqavilələr 31 dekabr 2025-ci ildə başa çatır.
Tərəflər illik təchizat həcmlərinin təxminən 22 milyard kubmetr səviyyəsində saxlanılmasını müzakirə edirlər.
Fidan Bəhmənova
16:01 05.11.2025
Oxunuş sayı: 1144