Çindən Ermənistana yeni marşrut: Yük qatarı Azərbaycan üzərindən keçəcək
Çindən Ermənistana konteyner daşımalarının Azərbaycan üzərindən həyata keçirilməsi mümkün ola bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə “Yuxarı Qafqaz Dəmir Yolları” şirkətinin rəhbəri Aleksey Melnikov məlumat verib.
Onun sözlərinə görə, yaxın saatlarda 15 vaqondan ibarət Rusiya taxılı Azərbaycandan Gürcüstana, daha sonra isə Ermənistana çatdırılacaq. Tezliklə Qazaxıstan taxılının da eyni marşrutla daşınması gözlənilir.
Melnikov bildirib ki, Azərbaycan üzərindən yeni dəmir yolu marşrutu Yuxarı Lars keçid məntəqəsindəki yük sıxlığını azaldacaq və xüsusilə Qara dənizdəki bahalı dəniz nəqliyyatı hissəsini ixtisar etməklə daşınma xərclərini aşağı salacaq.
Türkan Kərimli
15:51 05.11.2025
Oxunuş sayı: 1673