MAQATE: İranda hələ də zənginləşdirilmiş uran qalır
İranın nüvə fəaliyyəti ilə bağlı vəziyyət yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. İsrail və ABŞ-ın İranın nüvə obyektlərinə yönəltdiyi son hücumlara baxmayaraq, Tehran hələ də zənginləşdirilmiş uranın böyük hissəsini qoruyub saxlamağı bacarıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi məlumat verib.
Onun sözlərinə görə, hücumlar nəticəsində bəzi texniki zərər olsa da, 60%, 20%, 5% və 2% səviyyəsində zənginləşdirilmiş uranın əsas hissəsi ölkədə qalır.
“Material hələ də oradadır və biz onu hər hansı konkret məqsədlə əlaqələndirməsək də, bu qədər yüksək — silah səviyyəsinə yaxın — zənginləşdirmə dərəcəsi narahatlıq doğurur”, – Qrossi bildirib.
Türkan Kərimli
15:47 05.11.2025
Oxunuş sayı: 1161