AZCON-un icraçı direktoruna yeni müşavir təyin edilib
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru Şahin Babayevə beynəlxalq maliyyələşmə və investisiya məsələləri üzrə müşavir təyin edilib.
Crossmedia.az xəbər verir ki, bu vəzifə Elçin Məmmədova həvalə edilib.
E.Məmmədov bundan öncə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində investisiya direktoru vəzifəsində çalışıb.
12:08 05.11.2025
Oxunuş sayı: 1434