Fərid Şəfiyev: Xarici siyasətlə bağlı ekspertlərin inkişafı önəmlidir
Azərbaycanın media məkanında xarici siyasətlə bağlı ekspertlərin inkişafı önəmlidir. Bu məqsədlə hətta xarici ölkələrdən gənclər təcrübə proqramlarına cəlb edilir.
Crossmedia.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev "Konstitusiya və Suverenlik” ili ilə bağlı keçirilən dəyirmi masada deyib.
Natiq bildirib ki, məqsəd Azərbaycanın media məkanında xarici siyasətlə bağlı ekspertlərin inkişafıdır:
"Bunun üçün mərkəzdə mütəmadi olaraq gənc ekspertlərə təcrübələr keçmək üçün imkanlar yaradılır. Hətta xarici ölkələrdən də gənclər müraciət edirlər".
Kənan Novruzov
11:12 05.11.2025
Oxunuş sayı: 1498