Prezident İlham Əliyev Özbəkistana səfərə dəvət edilib
Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana səfərə dəvət edilib.
Crossmedia.az xəbər verir ki, dəvəti Özbəkistan Prezidenti Şavkat Mirziyoyev İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik məktubunda qeyd edib.
Şavkat Mirziyoyev İlham Əliyevi bu ölkədə keçiriləcək Mərkəzi Asiyanın dövlət başçılarının növbəti Məşvərət Görüşünə dəvət edib.
16:50 04.11.2025
Oxunuş sayı: 1216