Kəlbəcərdə "Konstitusiya və Suverenlik İli" çərçivəsində dəyirmi masa keçirilib
Kəlbəcər rayonunda "Dövlət idarəçiliyinin yerli səviyyədə həyata keçirilməsi, konstitusiya prinsiplərinin tətbiqi və dövlət suverenliyinin möhkəmləndirilməsi" mövzusunda dəyirmi masa keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbir Kəlbəcər rayonunda Prezidentin Xüsusi Nümayəndəliyinin və Kəlbəcər rayonunda Bərpa,Tikinti və İdarəetmə Xidmətinin birgə təşkilatçılığı ilə baş tutub.
Dəyirmi masada Kəlbəcər rayonunda Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyinin, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, eləcə də Daxili İşlər Nazirliyinin, Dövlət Məşğulluq Agentliyi, Əmlak Məsələləri Dövlət Xidməti, "Azərişıq" ASC, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, "DOST" Agentliyi və digər qurumların nümayəndələri iştirak ediblər.
Bildirilib ki, "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilən tədbirdə ictimai asayişin qorunması, qanunçuluğun təmin edilməsi, vətəndaş təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, eləcə də rayonda məşğulluğun artırılması müzakirə edilib.
Gənclərin və qadınların əmək bazarına inteqrasiyası istiqamətində həyata keçirilən layihələrdən də bəhs edilib.
16:36 04.11.2025
Oxunuş sayı: 1419