Rusiya ordusu Pokrovsk istiqamətində irəliləyiş əldə edib
Rusiya ordusu Donetsk vilayətinin Pokrovsk rayonu istiqamətində növbəti dəfə irəliləyib. Bu, Ukraynadakı hərbi əməliyyatların son günlərdə ən gərgin məqamlarından biri kimi qiymətləndirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukraynanın OSINT layihəsi olan DeepState məlumat yayıb.
Məlumata görə, yenilənmiş xəritədə Rusiya ordusunun hücum istiqamətində yeni irəliləyiş qeydə alınıb.
Bildirilib ki, Ukrayna Silahlı Qüvvələri üçün vəziyyət çətin olaraq qalır. Bir həftə əvvəl Rusiya Prezidenti Vladimir Putin şəhərin tam mühasirəyə alındığını bəyan etmişdi. Lakin Ukrayna tərəfi bu məlumatı təkzib edib, vəziyyətin kritik həddə yaxın olduğunu etiraf edib.
Türkan Kərimli
15:44 04.11.2025
Oxunuş sayı: 1424