Gürcüstanda, ölkədə “demokratiyanın tənəzzülü” barədə danışılan Avronest Parlament Assambleyasının qətnaməsini dəstəkləyən erməni parlament üzvləri tənqid olunub. Sənəd 31 oktyabrda dərc edilib və Tbilisidə kəskin reaksiya doğurub.
Crossmedia.az xəbər verir ki, Gürcüstan parlamentinin vitse-spikeri Nino Tsilosani bildirib ki, qətnamə “məzmundan məhrumdur” və onu dəstəkləyən erməni deputatlar “əslində öz baş nazirinə etimadsızlıq ifadə ediblər”.
“Ermənistanın baş naziri rəsmi səfərlə Gürcüstana gəlmiş, qanuni seçilmiş hökumətlə görüşmüşdü. Gürcü hakimiyyətinin qeyri-legitimliyindən bəhs edən qətnaməni dəstəkləməklə, onlar öz baş nazirinin mövqeyi ilə ziddiyyətə düşürlər. Bu arqumentlər açıq şəkildə göstərir ki, məqsədi Gürcüstana zərər vurmaq olan bu qətnamə nə qədər mənasızdır”, — Tsilosani vurğulayıb.
Səbiyyə Zayirova