Başqırdıstanda neft-kimya zavodunda partlayış baş verib
                                            4 noyabr səhəri Rusiyanın Başqırdıstan bölgəsində pilotsuz uçuş aparatları (PUA) ilə bağlı həyəcan siqnalı elan edilib. Sterlitamak şəhərinin sakinləri partlayış səsləri eşitdiklərini bildiriblər.
Crossmedia.az saytı bu barədə “RBC-Ukraina”ya istinadən xəbər verir ki, partlayış “SNXZ” ASC-yə məxsus su təmizləmə sexində baş verib. Binanın bir hissəsi uçub, xəsarət alan yoxdur. Partlayışın səbəbləri araşdırılır.
ASTRA tərəfindən yayımlanan videolara əsasən, şəhərdə yerli vaxtla səhər saat 6:22 və 7:09-da ən azı iki partlayış baş verib. Kadrlar üzərində aparılan OSINT-analizinə görə, yanğın ocağı neft-kimya zavodu ərazisində, çəkiliş nöqtəsindən təxminən 3,5 kilometr məsafədə qeydə alınıb.
“İlkin ehtimala görə, videoda dəmir yolu sisternlərinin və ya yanacaq çənlərinin yanması təsvir olunub. Hadisə şahidlərinin sözlərinə görə, zavod ərazisində bir neçə yanğın ocağı var”, — deyə analitiklər bildirib.
“Sterlitamak Neft-Kimya Zavodu” ASC (SNXZ) kauçuk, ionol və aviabenzin istehsalında ixtisaslaşıb. Müəssisə Rusiyanın kimya sənayesi nəhəngi olan “Rosxim” holdinqinə daxildir.
Türkanə Məşədiyeva
13:46 04.11.2025
Oxunuş sayı: 1075