Hakan Fidan: HAMAS Qəzzanın idarəetməsini fələstinlilərdən ibarət komitəyə təhvil verməyə hazırdır
                                            Türkiyənin xarici işlər naziri Hakan Fidan Yaxın Şərqdə vəziyyətin gərgin mərhələyə çatdığını bildirib.
Crossmedia.az xəbər verir ki, nazir HAMAS-ın Qəzzanın idarəetməsini fələstinlilərdən ibarət bir komitəyə təhvil verməyə hazır olduğunu açıqlayıb.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət İsrailə qarşı təzyiqləri artırmalıdır. Fidan əlavə edib ki, İsrail humanitar yardım razılaşmasına əməl etmir və yardımlar hələ də anbarlarda saxlanılır.
Səriyyə Tağıyeva
20:39 03.11.2025
Oxunuş sayı: 2015