Xamenei: ABŞ-la əməkdaşlıq yalnız müəyyən şərtlərlə mümkündür
                                            İranın Ali lideri Əli Xamenei ABŞ ilə əməkdaşlıq etmək üçün bir neçə şərt irəli sürüb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, o, bunu bir qrup şagird və tələbə ilə görüşü zamanı bildirib.
Xameneinin sözlərinə görə, əgər ABŞ “sionist rejimə” dəstəyini tamamilə dayandırsa, hərbi bazalarını bölgədən çıxarsa və region məsələlərinə müdaxilədən imtina etsə, İran tərəfi əməkdaşlıq məsələsini nəzərdən keçirə bilər.
O, həmçinin əlavə edib ki, bu, nə hazırda, nə də yaxın gələcəkdə baş verəcək bir hadisə deyil.
Səriyyə Tağıyeva
20:31 03.11.2025
Oxunuş sayı: 1660