Aİ Ermənistanda nüvə təhlükəsizliyinin gücləndirilməsi üçün 5 milyon avro ayırır
Avropa İttifaqı (Aİ) Ermənistanda nüvə təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə 5 milyon avro məbləğində vəsait ayırıb. Bu barədə Aİ-nin Ermənistandakı nümayəndəliyi məlumat yayıb.
Crossmedia.az bildirir ki, layihə çərçivəsində Ermənistanın Metsamor Atom Elektrik Stansiyasında (AES) təhlükəsizlik standartlarının təkmilləşdirilməsi, risklərin azaldılması və beynəlxalq nüvə təhlükəsizliyi tələblərinə uyğun texnoloji yeniliklərin tətbiqi nəzərdə tutulur. Layihənin həyata keçirilməsində Avropa Komissiyasının “Nüvə təhlükəsizliyi” proqramı iştirak edəcək.
19:27 03.11.2025
Oxunuş sayı: 2168