Katolikos II Qareginin qardaşı həbs olundu
Bütün ermənilərin katolikosu II Qareginin qardaşı Gevork Nersisyan barəsində məhkəmənin qərarı ilə bir aylıq həbs qətimkan tədbiri seçilib. Bu barədə onun vəkili Ara Zohrabyan açıqlama verib.
Crossmedia.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Hazırda məhkəmədə Gevork Nersisyanın oğlu — Ambartsum Nersisyanın da həbsi ilə bağlı təqdimata baxılır. Atalı-oğullu Nersisyanlar bir gün öncə Vagharşapat (Eçmiədzin) şəhərində saxlanılıblar.
Onlara qarşı “xuliqanlıq” və “seçkiqabağı təşviqat kampaniyasına mane olma” maddələri üzrə ittiham irəli sürülüb.
Türkanə Məşədiyeva
19:04 03.11.2025
Oxunuş sayı: 1431