İstanbulda Qəzza sammiti keçirildi
İstanbulda Türkiyənin təşəbbüsü ilə Qəzza üzrə Sammit başlayıb. Toplantıya Türkiyənin xarici işlər naziri Hakan Fidan sədrlik edir. Tədbirdə Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, Qətər, Pakistan, Səudiyyə Ərəbistanı və İordaniyanın xarici işlər nazirləri iştirak edirlər.
Crossmedia.az bu barədə TRT Haberə istinadən xəbər verir ki, görüşün gündəliyinə Qəzzada daimi atəşkəs rejiminin yaradılması və humanitar yardımın miqyasının genişləndirilməsi məsələləri daxildir.
Eyni zamanda, sammit zamanı Fələstin xalqının hüquqlarının qorunmasının vacibliyi və “iki dövlət” prinsipi əsasında həll yolunun irəlilədilməsi mövzularının da müzakirə ediləcəyi gözlənilir.
Türkanə Məşədiyeva
18:49 03.11.2025
Oxunuş sayı: 1795