Paşinyan parlament seçkilərində iştirak üçün namizədliyini irəli sürüb
Ermənistanın Baş naziri Nikol Paşinyan gələn il keçiriləcək parlament seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Qeyd edilib ki, Baş nazir, “Vətəndaş müqaviləsi” partiyasının sədri Nikol Paşinyan 2026-cı ildə keçiriləcək parlament seçkilərində partiyanın proporsional siyahısına daxil edilməsi üçün namizəd kimi irəli sürülüb.
Paşinyan sosial media paylaşımında rəhbərlik etdiyi partiyanın proporsional siyahısında namizədliyini təsdiqləyən məktubun ekran görüntüsünü paylaşıb.
Bundan əvvəl Ermənistanın ikinci prezidenti Robert Köçəryan, keçmiş Arman Tatoyan, hazırda həbsdə olan iş adamı Samvel Karapetyan da namizədliklərini irəli sürmək niyyətində olduqlarını açıqlayıblar.
18:40 03.11.2025
Oxunuş sayı: 1888