Yaşar Gülər və Hakan Fidan Azərbaycana gəlir
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Zəfər və Türkiyənin xarici işlər naziri Hakan Fidan paradda iştirak etmək üçün Azərbaycana gələcək.
Crossmedia.az Teleqraf-a istinadla xəbər verir ki, səfər noyabrın 7-nə planlaşdırılıb.
Qeyd edək ki, Bakıda Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr edilmiş parad keçiriləcək.
Parad noyabrın 8-də paytaxtın Azadlıq meydanında təşkil olunacaq.
15:58 03.11.2025
Oxunuş sayı: 1951