Özbəkistanın Baysun rayonunda qaz sızması baş verib
Özbəkistanın cənubundakı Baysun rayonunda qaz yatağında sızma baş verib.
Crossmedia.az Özbəkistan mediasına istinadən xəbər verir.
Yerli sakinlərin sözlərinə görə, havada güclü qaz qoxusu hiss olunur və nəfəs almaq çətinləşib.
Hadisə ilə bağlı rəsmi qurumlar hələlik açıqlama verməyiblər. Qaz sızmasının səbəbləri və miqyası araşdırılır.
Günel Verdiyeva
14:59 03.11.2025
Oxunuş sayı: 1916