Prezident: Tarixi Zəfərimizin beş illiyini qeyd edəcəyik, hərbi parad təşkil ediləcək
Qeyd etdiyim kimi, bir neçə gündən sonra biz tarixi Zəfərimizin beş illiyini qeyd edəcəyik. Hərbi parad təşkil ediləcək.
Crossmedia.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı səsləndirib.
Przident İlham Əliyev beş il əvvəl, 2020-ci ilin dekabrında Zəfər paradının keçirildiyini xatırladıb: "2023-cü ildə Xankəndidə hərbi parad keçirilmişdir ki, Azərbaycanın suverenliyi tam bərpa edilmişdir. Bir neçə gündən sonra Azadlıq meydanında hərbi paradın keçirilməsi böyük hadisədir, qürurverici hadisədir. Azərbaycan xalqı bu Şanlı Zəfərlə bundan sonra əbədi fəxr edəcək".
14:14 03.11.2025
Oxunuş sayı: 1934