SEPAH HƏMAS-ın sabiq lideri İsmayıl Haniyyənin qətli ilə bağlı “daxili xəyanət” versiyasını rədd edib
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) HƏMAS-ın sabiq lideri İsmayıl Haniyyənin Tehranda qətlə yetirilməsi ilə bağlı “daxili xəyanət” versiyasını təkzib edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
SEPAH nümayəndəsi Əli Məhəmməd Naini bildirib ki, Haniyyə partlayıcı qurğu nəticəsində deyil, telefon danışığı zamanı həyata keçirilən raket zərbəsi nəticəsində həlak olub. Onun sözlərinə görə, koordinatlar telefon siqnalı vasitəsilə müəyyən edilib və zərbə məhz SEPAH-a məxsus qonaq evinə endirilib ki, bu da təşkilatı nüfuzdan salmaq məqsədi daşıyıb.
Hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir. Qeyd edək ki, İsmayıl Haniyyə 2024-cü il iyulun 31-də Tehranda SEPAH-ın binasına endirilən dəqiq raket zərbəsi nəticəsində öldürülüb.
Günel Verdiyeva
13:32 03.11.2025
Oxunuş sayı: 1205