Türkiyə öz GPS sistemini işə salır: Bayraktarın peyki orbitə çıxarıldı
Türkiyə kosmik sənayesində yeni bir dövr başlayır. Selçuk Bayraktar tərəfindən təsis edilmiş Fergani Space Technologies şirkəti SpaceX Falcon 9 daşıyıcı raketi vasitəsilə FGN-100-D2 peykini orbitə çıxarıb. 104 kiloqram ağırlığında olan bu aparat ölkənin “Uluğ Bey Qlobal Naviqasiya Sistemi” adlı milli peyk naviqasiya sisteminin yaradılması istiqamətində mühüm addımdır.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir ki, şirkət yaxın illərdə 100-dən çox peykin orbitə buraxılmasını və öz daşıyıcı raketinin hazırlanmasını planlaşdırır.
Fergani Space Technologies 2022-ci ildə qurulub və bu şirkət Türkiyənin ilk özəl peyk layihələrinə imza atır. Həmçinin milli daşıyıcı raket hazırlanacaq. Bu raket, 1,5 ton yükü orbitə daşımaq qabiliyyətinə malik olacaq.
Türkanə Məşədiyeva
13:30 03.11.2025
Oxunuş sayı: 1222