Saratovda dron hücumu nəticəsində neft zavodunda yanğın baş verib
Gecə saatlarında Rusiyanın Saratov şəhərində dron hücumu baş verib və nəticədə yerli neft emalı zavodunda yanğın yaranıb .
Şahidlər partlayış səslərinin eşidildiyini və hava həyəcan siqnalının çaldığını bildiriblər. Hadisədən dərhal sonra şəbəkədə, ehtimal ki, Saratov NEZ-ə zərbə anını əks etdirən videolar yayımlanıb.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, yayımlanan kadrların analizi göstərir ki, zərbə məhz zavoda dəyib. Videolarda qurğunun qoruyucu torla örtüldüyü və yanğının zavodun qərb hissəsində, ehtimal ki, rezervuarların yaxınlığında başladığı görünür.
Dnipro OSINT layihəsi bildirir ki, dronlardan biri pentan-heksan fraksiyasının izomerizasiya qurğusuna çatmayıb, çünki anti-dron toruna dəydiyi üçün zərbə uğursuz olub. Eyni zamanda, AVT-6 qurğusunun ərazisində yanğın baş verməsi ilə bağlı məlumatlar daxil olub.
Pərvin Hacıyeva
11:28 03.11.2025
Oxunuş sayı: 1589