Tramp: ABŞ dünyanı 150 dəfə partlada biləcək qədər nüvə silahına malikdir
ABŞ-nin prezidenti Donald Tramp bildirib ki, ölkənin dünyanı 150 dəfə partlada biləcək qədər nüvə silahı var.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Tramp vurğulayıb ki, digər ölkələr kimi ABŞ - da nüvə silahını sınaqdan keçirəcək.
"Rusiya sınaqlar aparır, Çin sınaqlar aparır, amma onlar bunu demirlər. Biz açıq cəmiyyətik. Biz fərqliyik. Biz bundan danışırıq", — deyə o əlavə edib.
Pərvin Hacıyeva
11:22 03.11.2025
Oxunuş sayı: 1415