Serbiya Avropaya sursat satmağa hazırdır
Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib ki, ölkə Avropaya sursat satmağa hazırdır.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, onun sözlərinə görə, Serbiyanın anbarları doludur və xüsusilə minomyot mərmilərinin istehsalı artır.
Vuçiç sursatların sonradan Ukraynaya göndərilə biləcəyi ilə bağlı suala isə belə cavab verib: “Alıcılar onlarla istədiklərini edə bilərlər.”
Pərvin Hacıyeva
10:56 03.11.2025
Oxunuş sayı: 1641