Qahirə yaxınlığında Böyük Misir Muzeyi açılıb
Misirin mədəni irsini və qədim sivilizasiyasını əks etdirən ən böyük muzey — Böyük Misir Muzeyi artıq ziyarətçilərin üzünə açılıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Qahirə yaxınlığında yerləşən muzeyin tikintisi təxminən 20 il davam edib. Şüşədən hazırlanmış fasadı piramida formasında olan bina həm memarlıq baxımından, həm də sərgilənən eksponatların zənginliyi ilə diqqət çəkir. Ümumi sahəsi 24 min kvadratmetrdən çox olan muzeydə 50 mindən artıq eksponat, o cümlədən firon Tutanhamonun məzarından tapılmış bütün xəzinələr nümayiş etdirilir.
Günel Verdiyeva
09:48 03.11.2025
Oxunuş sayı: 1512