Balakən RİH-nə müvəqqəti başçı təyin olunub
Üç gün əvvəl Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin yerinə müvəqqəti təyinat olub.
Crossmedia.az xəbər verir ki, icra başçısının səlahiyyətləri birinci müavin Turan Dibirova həvalə edilib.
Bu barədə artıq rayon icra hakimiyyətinin kollektivi də məlumatlandırılıb.
15:36 02.11.2025
Oxunuş sayı: 1854