Gürcüstan XİN rəhbəri: Avronest Gürcüstana istiqamət göstərə bilməz
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib ki, Avronest platforması Gürcüstana ölkənin inkişaf istiqamətini diktə edə bilməz.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, nazirin sözlərinə görə, Avronest müəllimlər birliyi deyil və qonşu ölkələrə daxili siyasət aparmaq qaydalarını öyrətmək üçün yaradılmayıb.
Boçorişvili qeyd edib ki, əvvəlcə əməkdaşlıq məqsədi ilə yaradılan bu platforma artıq öz aktuallığını itirib və Gürcüstanın maraqlarına cavab vermir.
14:55 02.11.2025
Oxunuş sayı: 1872