5 il öncə keçirilən antiterror əməliyyatı nəticəsində 8 kənd erməni işğalından azad edilib
5 il əvvəl Azərbaycan Ordusu 2020-ci il noyabrın 2-də keçirilən antiterror əməliyyatı nəticəsində daha 8 kəndi erməni işğalından azad edib.
Crossmedia.az xəbər verir ki, bu barədə həmin gün Azərbaycan Prezidenti İlham Əliyev elan edib.
“Rəşadətli Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çarpand, Hacı İsaqlı, Qoşa Bulaq kəndlərini, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ kəndlərini, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad edib. Yaşasın Azərbaycan Ordusu! Qarabağ – Azərbaycandır!”, — deyə İlham Əliyev 2020-ci il noyabrın 2-də bildirib.
11:55 02.11.2025
Oxunuş sayı: 2248