Meksikada baş verən yanğın 22 nəfərin ölümü ilə nəticələndi
Meksikanın şimal-qərbində yerləşən Hermosillo şəhərindəki mağazada güclü yanğın baş verib. Hadisə nəticəsində azı 22 nəfər, o cümlədən 4 uşaq həyatını itirib.
Crossmedia.az xəbər verir ki, bu barədə “El Universal” qəzeti məlumat yayıb.
Məlumata əsasən, daha 12 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Qəzet yazır ki, yanğın mağazada baş verən partlayışdan sonra yaranıb.
Hadisə ilə bağlı ştat hakimiyyəti istintaqa başlayıb. İlkin versiyalara görə, yanğının səbəbi texniki nasazlıq və ya yanar materialların olması ola bilər.
Fidan Quliyeva
09:53 02.11.2025
Oxunuş sayı: 1876