Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən iki yüksək rütbəli zabit saxlanılıb
Türkiyədə FETÖ terror təşkilatı ilə əlaqədə şübhəli bilinən iki yüksək rütbəli zabit saxlanılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Hürriyyet" məlumat yayıb.
Bildirilib ki, FETÖ/PDY-nin üzvləri yunan adalarına qaçmaq istəyərkən Bodrum sahillərində saxlanılıblar.
Onlardan ikisi polkovnik, dördü baş leytenant, ikisi isə gizirdi. Eyni zamanda saxlanılardan biri qaçışı təşkil edən şəxsdir.(Report)
21:17 01.11.2025
Oxunuş sayı: 1839