Deputatdan təbrik: “Crossmedia.az” media məkanında artıq özünəməxsus yerini tutub
Crossmedia.az Analitik İnformasiya Portalının fəaliyyətə başlamasından bir il keçir. Noyabrın 1-də saytın yaranmasının 1 yaşı tamam olur. İldönümü ərəfəsində redaksiyamıza təbriklər artıq daxil olmağa davam edir.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Crossmedia.az-ın 1 yaşı münasibətilə öz fikirlərini bölüşüb:
"Yeni yaş münasibətilə sizi ürəkdən təbrik edirəm. Hər birinizə uğurlar arzulayıram. Qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, “Crossmedia.az” Azərbaycan mətbuatında və ümumilikdə media məkanında artıq özünəməxsus yerini tuta bilmişdir. Bu gün tam əminliklə deyə bilərik ki, bu media qurumu Azərbaycan mediasının inkişafına töhfə verən, yenilikçi yanaşması və peşəkar fəaliyyəti ilə fərqlənən bir struktura çevrilib. Arzu edirəm ki, gələcəkdə də “Crossmedia.az” bu yüksəliş xəttini davam etdirsin, öz dəyərlərini, prinsiplərini qoruyaraq Azərbaycan informasiya məkanında daha böyük uğurlara imza atsın".
Elmir Heydərli
20:59 01.11.2025
Oxunuş sayı: 2284