Si Tsinpin süni intellekt üzrə beynəlxalq əməkdaşlıq təklif edib
Çin Xalq Respublikasının sədri Si Tsinpin süni intellekt (Sİ) sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə beynəlxalq təşkilatın yaradılmasını təklif edib. O, bu təşəbbüsün qlobal səviyyədə süni intellektin təhlükəsiz, ədalətli və insanlığa faydalı şəkildə inkişafını təmin edəcəyini bildirib.
Crossmedia.az bildirir ki, onun sözlərinə görə, süni intellektin sürətli inkişafı qlobal idarəetmədə yeni qaydalar tələb edir və ölkələr bu sahədə birgə çalışmalıdırlar.
18:43 01.11.2025
Oxunuş sayı: 1287