QHT.az saytı Crossmedia.az-ı təbrik edib
Crossmedia.az Analitik İnformasiya Portalının bir yaşı tamam olur
2024-ci noyabrın 1-də təsis olunan portal qısa müddət ərzində özünəməxsus analitik üslubu, obyektiv informasiya təqdimatı və müasir media prinsiplərinə sadiqliyi ilə seçilərək informasiya məkanında yer tutmağa nail olub.
QHT.az xəbər verir ki, Portal Qeyri-Hökumət Təşkilatlarının (QHT) həyata keçirdiyi layihə və təşəbbüsləri müxtəlif istiqamətlərdə işıqlandırmaqla, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin tanıdılmasına və ictimai fəallığın artırılmasına mühüm töhfə verir. Bu istiqamətdə portal ictimai, sosial, humanitar, ekoloji, gənclər və təhsil yönümlü layihələrə xüsusi diqqət ayırır, QHT-lərin həyata keçirdiyi proqramların məqsəd və nəticələrini geniş auditoriyaya çatdırır. Bununla yanaşı, ictimai dəyərlərin təşviqi, vətəndaş məsuliyyətinin gücləndirilməsi və sosial həmrəyliyin artırılması kimi mövzular da portalın əsas prioritetləri sırasındadır. Bu fəaliyyət, həm də QHT-lərin cəmiyyətlə əlaqələrinin möhkəmlənməsinə, onların fəaliyyətinə ictimai marağın artmasına və Azərbaycanın qeyri-hökumət sektorunun inkişafına dəstək göstərir.
Həmkarlarımızı 1 yaş münasibətilə təbrik edir, fəaliyyətlərində uğurlar arzu edirik.(QHT.az)
18:39 01.11.2025
Oxunuş sayı: 1986