"Olaylar" media qrupu Crossmedia.az-ı təbrik edib
Crossmedia.az Analitik İnformasiya Portalının bir yaşı tamam olur. 2024-ci noyabrın 1-də təsis olunan portal qısa müddət ərzində özünəməxsus analitik üslubu, obyektiv informasiya təqdimatı və müasir media prinsiplərinə sadiqliyi ilə seçilərək informasiya məkanında yer tutmağa nail olub.
Portalın əsas istiqamətlərindən biri də "Mədəniyyət" rubrikasıdır. Bu bölmə vasitəsilə Crossmedia.az ölkəmizin zəngin mədəni irsinin, milli dəyərlərinin və yaradıcılıq mühitinin təbliğinə xüsusi diqqət yetirir. Portal mədəniyyət tədbirlər, layihələr, festivallar, sərgilər və konfranslar haqqında operativ məlumatlar paylaşır, həmçinin həmin tədbirlərdə birbaşa iştirak edərək yerindən reportajlar, müsahibələr və analitik yazılar hazırlayır. "Mədəniyyət" rubrikası təkcə xəbərlərlə məhdudlaşmır - burada incəsənət xadimləri, teatr və kino sənətçiləri, yazıçılar, rəssamlar və gənc istedadlarla müsahibələr dərc olunur. Portal Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə təbliği, milli kimliyimizin qorunması və mədəni diplomatiyanın inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətini də geniş şəkildə işıqlandırır.
Həmkarlarımızı 1 yaş münasibətilə təbrik edir, fəaliyyətlərində uğurlar arzu edirik.(Olaylar)
18:33 01.11.2025
Oxunuş sayı: 1831