Hikmət Babaoğlu: Cross Media böyük bir marafona qoşulmaqdır
Crossmedia.az Analitik İnformasiya Portalının fəaliyyətə başlamasından bir il keçir. Noyabrın 1-də saytın yaranmasının 1 yaşı tamam olur. İldönümü ərəfəsində redaksiyamıza təbriklər artıq daxil olmağa davam edir.
Milli Məclisin deputatı Hikmət Babaoğlu bir yaş münasibətilə Crossmedia.az kollektivini təbrik edib:
"Azərbaycanın informasiya məkanına yeni daxil olaraq qısa zamanda özünəməxsus təsdiqini qazanan Crossmedia-nın bir yaşını ürəkdən təbrik edirəm. Yaradıcılıq kollektivinə və rəhbərliyə daha böyük uğurlar arzulayıram.
Crossmedia böyük bir marafona qoşulmaqdır. “Cross” və “qaçış” anlayışları da məhz tarixdə baş vermiş məşhur Marafon döyüşü ilə bağlıdır. Doğrudur, marafon qaçışı çətindir, uzundur, lakin eyni zamanda şərəfli və məqsədyönlü bir yoldur.
Çünki bu marafon konkret xəbəri, dəqiq informasiyanı düzgün ünvanına çatdırmaq uğrunda aparılan bir mübarizədir. Necə ki, yunan əsgəri Marafon düzündə baş vermiş Kirha döyüşündə Yunanların qələbə xəbərini Afinaya çatdırmaq üçün uzun və şərəfli bir yürüş etmişdi.
Bu gün CrossMedia da böyük tarixi, həqiqətin səsini xalqımıza çatdırmaq üçün öz marafonuna çıxmışdır. Bu yolda sizə uğurlar arzulayıram".
Elmir Heydərli
17:46 01.11.2025
Oxunuş sayı: 1811